Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır.
Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.