Vitse-spiker: Prezident İlham Əliyev Azərbaycanın multikultural ənənələr yaşadıcısı olduğunu bir daha göstərdi

Vitse-spiker: Prezident İlham Əliyev Azərbaycanın multikultural ənənələr yaşadıcısı olduğunu bir daha göstərdiAzərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Azərbaycanın multikultural ənənələr yaşadıcısı, müəyyənləşdiricisi olduğunu bir daha göstərdi və Azərbaycanın başqa xalqlara, millətlərə də bu istiqamətdə yardım göstərmək imkanlarını vurğuladı. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu gün dünyada multikulturalizm sahəsində çox ciddi bohran yaşanır, sivilizasiyalararası, dinlərarası, millətlərarası problemlər getdikcə kəskinləşir, müharibə ocaqları xeyli sayda artıb, milyonlarla insan öz yaşadıqları mühiti tərk etməli olur, mədəniyyətlərindən ayrı düşür, onlara tamamilə yad mədəniyyətlərlə, mühitlə üzləşir ki, bu da onların həyatlarında, eyni zamanda getdikləri ölkələrdə ciddi problemlər yaradır:

“Bu gün o qədər ciddi kataklizimlərlə dolu qarışıq bir dövürdə yaşayırıq ki, belə bir məqamda Azərbaycanın tolerant bir mühitə, cəmiyyətə malik olması və bunun dünya ictimaiyyətinə təqdim edilməsi işinin yüksək səviyyədə təşkil edilməsinin özü ötən ilin ən yadda qalan hadisələrindən biri olub. Bu baxımdan təsadüfi deyil ki, cənab Prezident bu ili “Multikulturalizm ili” elan etdi. Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçilir və hesab edirəm ki, biz bu il də, qarşıdakı ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO