Vitse-spiker: Azərbaycan hökuməti çox ciddi iqtisadi proqramlar üzərində işləyir

Vitse-spiker: Azərbaycan hökuməti çox ciddi iqtisadi proqramlar üzərində işləyir“Yaranmış iqtisadi çətinliyin aradan qaldırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət çox ciddi iqtisadi proqramlar üzərində işləyir”.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova dövlət başçısının Davosda Dünya İqtisadi Forumunda çıxışına münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, bu istiqamətdə hazırda ciddi addımlar atılır və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün zəruri işlər görülür: “Bir neçə gün öncə Milli Məclisin növbədənkənar iclası keçirildi. Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı parlamentə daxil olan qanun layihələri qəbul olundu”.

Vitse-spiker bildirib ki, qanun layihələri çox ciddi tədbirlər nəzərdə tutur: “Əmanətlərin tam sığortalanması, əmanətlərdən olan gəlirlərin vergidən azad edilməsi, satınalmalar, vergi ödəmələri sahəsində bir sıra dəyişikliklər həm iqtisadi sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həm də insanların rifahının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Düşünürük ki, nəzərdə tutulan tədbirlər qısa müddətdə yerinə yetiriləcək və biz bu çətinlikləri də daha az zərərlə aradan qaldıra biləcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO