Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 15 oktyabrda keçiriləcək prezident seçkisini müşahidə edəcək. Bu barədə Lent.az-a VHP Təşkilat şöbəsinin rəhbəri Samir Əsədli məlumat verib. O bildirib ki, partiyanın rayon təşkilatlarının təmsilçiləri də daxil olmaqla VHP üzvlərinin bir qismi seçki günü müşahidə aparacaq. S. Əsədli VHP-nin müşahidəçilərinin sayının dəqiqləşmədiyini deyib: “Partiyanın seçkiləri müşahidə etməsi hər hanı bir namizədi dəstəkləməyimiz demək deyil”.
Qeyd edək ki, VHP Mərkəzi Seçki Komissiyasında, dairə və məntəqə seçki komissiyalarında nümayəndələri ilə təmsil olunur.