Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib

Vergilər naziri Şirvanda vətəndaşları qəbul edib

Şirvan şəhərində vergilər naziri Fazil Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib. Bu barədə TRend-ə cümə günü Vergilər Nazirliyindən məlumat verilib.
Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan 70-dən çox vətəndaş iqtisadiyyatın müxtəlif sahələri üzrə vergi dərəcələrini azaltmaqla stimullaşdırıcı tədbirlər barədə, vergi orqanlarına işə qəbul, vergi inzibatçılığı, vergi borclarının azaldılması, POS-terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.
Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərlərinin araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO