Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər üzərində işləməyə hazırdır

Venesiya Komissiyası rəsmi Bakıdan müvafiq istək alarsa, Seçki Məcəlləsindəki dəyişikliklər üzərində işləməyə hazırdır. Bu barədə Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Strasburqdan telefonla Trend News-a deyib. Azərbaycan hökumətindən rəsmi tələb gələrsə, biz bu məcəllə üzərində işləməyə hazırıq, – Kuznetsov deyib. – Bizim nizamnaməyə görə bizə ya ölkə hakimiyyəti, ya Avropa Şurası Parlament Assambleyasının nizamnamə orqanları, ya da nazirlik komitələri müraciət edirlər.

Kuznetsovun sözlərinə görə, hələlik Azərbaycan hökumətindən məsələ ilə bağlı heç bir tələb gəlməyib. Azərbaycanda bələdiyyə seçkiləri ərəfəsində bir sıra müxalifət partiyaları məcəlləyə düzəliş edilməsini tələb edirlər. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın ikinci yarısında keçiriləcək.

2008-ci ilin iyun ayının əvvəllərində Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası arasında aparılan birgə müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilib. Dəyişikliklərdə Azərbaycan müxalifətinin istədiyi kimi Seçki Komissiyasında paritetlik baxımından formalaşma əks olunmayıb. Buna etiraz əlaməti olaraq Azərbaycanın müxalifət partiyalarından bəziləri 15 oktyabr prezident seçkilərində iştirakdan imtina ediblər.

“Azərbaycan hökuməti yenidən Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Venesiya Komissiyası ilə müzakirəyə başlayacaq”, – bir müddət əvvəl Milli Məclis Aparatının sədri Səfa Mirzəyev Trend News-a deyib. Bələdiyyə seçkiləri ilə əlaqdar olaraq, xüsusilə namizədlərin irəli sürülməsi, təşviqat müddəti, səsvermənin təşkil edilməsi baxımından məcəllənin mükəmməlləşdirilməsi labüddür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO