Van-Yerevan reysinin rentabelliyi suallar doğurur

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və bu ölkənin Azərbaycandakı səfiri Van-Yeravan reysinin açılması məsələsi üzrə artıq dəfələrlə Ankaranın mövqeyini ifadə ediblər. Bu mövqe ondan ibarətdir ki, həmin reysi özəl şirkət həyata keçirmək istəyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə bildirib.
Onun sözlərinə grörə, bu reysin rentabelli olacağı və lazımi sayda sərnişin toplayacağı sual altındadır.
Qeyd edək ki, Türkiyənin “Bora Jet” aviaşirkəti aprel ayında Van-Yerevan marşrutu üzrə reysləri həyata keçirməyi planlaşdırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO