Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtonda görüşü olmayacaq. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Diplomat bildirib: “Vaşinqtonda görüşün keçirilməsi üzrə heç bir plan yoxdur. Buna baxmayaraq, cari ildə dövlət başçıları arasında aktiv dialoqa kömək etməyə hazırıq”.
C.Uorlikin sözlərinə görə, o və Minsk qrupunun digər həmsədrləri tərəflərlə görüş keçirməyi planlaşdırır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hadisəni müzakirə etsin.
Qeyd edək ki, 31 mart-1 aprel tarixində nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.