Ukrayna Prezidenti Azərbaycana səfər edəcək

Ukrayna Prezidenti Viktor Yanukoviç bu il Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.

“Mən Azərbaycan ərazisində bizim dostluq və strateji dialoqumuzu davam etdirməyə görə bu il Azərbaycana Sizin və mənim üçün münasib vaxtda səfər etməyi planlaşdırıram”, – Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevlə cümə günü Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüşü zamanı bildirib.

İkitərəfli dialoqun fəallığını qeyd edən Yanukoviç vurğulayıb ki, təkcə 2010-cu il ərzində iki ölkə arasında mal dövriyyəsinin fəal surətdə artımı qeydə alınıb, ikitərəfli əməkdaşlıqda fəaliyyətin yeni növləri açılıb, yanacaq-sürtkü materiallarının ticarəti xeyli artıb.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, Ukrayna və Azərbaycan arasında münasibətlərə perpektivdə “irimiqyaslı, hərtərəfli və uzunmüddətli” əməkdaşlıq kimi baxır.

Azərbaycan Prezidenti onu da vurğulayıb ki, iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi gedir, iqtisadi sahədə, ilk növbədə, energetika sahəsində aktiv qarşılıqlı fəaliyyət var.

İlham Əliyevin fikrincə, bu, iki ölkənin Qara və Xəzər dənizi regionlarında hərtərəfli əməkdaşlığını genişləndirməyə imkan verir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO