Ukrayna Azərbaycandan tropik meyvə tədarükü üçün logistika mərkəzlərinin yaradılması imkanlarını nəzərdən keçirir. Trend-in məlumatında görə, bunu “AZERNEWS”a müsahibəsində Ukraynanın Azərbaycanda səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Vadim Sidyaçenko deyib.
Sidyaçenko deyib ki, xurma, əncir, sitrus meyvələrinin, qoz və fındığın Azərbaycandan Ukraynaya tədarükü üçün, regional logistika mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilir: “Biz bu məsələdə maraqlıyıq, çünki biz hər zaman Azərbaycan ilə ticarət münasibətlərini inkişaf etdirmişik, aramızda azad ticarət rejimi fəaliyyət göstərir”.
Həmçinin şöbə rəhbəri bildirib ki, ölkələr arasında birgə turizm də inkişaf etdirilir: “Biz azərbaycanlıların Ukrayna kurortlarına səfər etməkləri üçün, xüsusi ilə də Truskavets və Zakarpatye kürortlarına, birgə turizm xidmətlərini də inkişaf etdiririk. Eyni zamanda, biz ukraynalıların Azərbaycana daha çox səfər edib, ölkəni daha da çox kəşf etməklərini istəyirik. Bakı xəzər Dubayı, dağ kurortları, dəniz, qış və yay turizmi deməkdir”.
Sidyaçenko həmçinin bildirib ki, mart ayında hökumətlərarası birgə komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur: “Dekabr ayının əvvəlində Ukraynanın baş nazirinin müavini Gennadi Zubko prezident administrasiyasının başçısı Boris Lojkinlə birgə Bakıya səfərləri nəticəsində hökumətlərarası birgə komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Aprel-may aylarında isə Bakıya Ukraynanın Prezidenti Petr Poroşenkonun səfəri gözlənilir”.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında görə, Ukrayna və Azərbaycan arasında 2015-ci ilin yanvar-noyabr aylarında əmtəə dövriyyəsi 302,47 milyon dollar təşkil edib. Onlardan 283,65 milyon Ukraynadan idxalın üzərinə düşür.