Ukrayna Ali Radası Rusiyanı təcavüzkar ölkə elan etdi

Bu gün Ukrayna Ali Radası Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqqında ərizəni bəyənib və xarici dövlətlərin parlamentlərini və beynəlxalq təşkilatları bundan nümunə götürməyə, Rusiyaya təzyiqləri artırmağa çağırıb. Bu barədə Trend “İnterfaks”a istinadən məlumat verib.

Ukrayna parlamenti, həmçinin qondarma “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”nın terrorçu təşkilatlar kimi tanınmasına tərəfdar olduğunu ifadə edib.

Bu gün keçirilən növbədənkənar iclasın qərarının lehinə qeydiyyatdan keçən 289 deputatdan 271-i səs verib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO