Ukrayna Aİ ilə assosiasiya üzrə danışıqları Yeni il bayramından sonra bərpa edəcək

Ukrayna Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə danışıqları Yeni il bayramından sonra bərpa edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib.

Bununla belə, nazir qeyd edib ki, hazırda Ukrayna-Aİ danışıqları davam edir və sazişin imzalanması məsələsi bağlanmayıb.

Onun sözlərinə görə, sazişin imzalanmaması Ukraynaya sonradan Rusiya ilə danışıqlar aparmağa imkan yaradıb: “Bu danışıqların müsbət nəticələrini artıq görürük”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO