Türkiyənin maliyyə naziri Mehmet Şimşək korrupsiya məsələsində ittiham olunacağı halda istefaya getməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Hürriyyət” qəzeti xəbər verir.
Onun sözlərinə görə, hələlik ölkədə korrupsiya qalmaqalının nəticələri barədə danışmaq tezdir, lakin ona qarşı ittiham irəli sürülərsə, o, istefaya getməyə hazırdır.