Türkiyəni Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi maraqlandırmır. Trend-in şənbə günü “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda Ankara Aİ-ni sınaqdan keçirir: “Aİ həqiqətənmi demokratik sistemdir, yoxsa xristian klubudur? Bunu sınayırıq”.
Ərdoğan bildirib: “Aİ Türkiyənin bu struktura üzv olmaq üçün yalvaracağını düşünürsə, səhv edir”.
Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa olunub.
Trend.az