Türkiyə hökumətinin üzvlərindən birinin adı ölkədəki korrupsiya qalmaqalında hallanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Kanal D” telekanalı məlumat yayıb.
Nazirin adı hələlik siyasi məsələlərə görə açıqlanmır.
Telekanalın məlumatına görə, nazir 1,5 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.