Türkiyədə milli təhlükəsizliklə əlaqədar olaraq məhkəmənin qərarı olmadan interneti bağlamaq mümkün olacaq. Trend-in cümə axşamı “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan deyib.
Onun sözlərinə görə, əgər saytlarda milli maraqlara xələl gətirən materiallar aşkar olunarsa, nazirlik internetə və həmin resurslara girişi müvəqqəti bağlamaq hüququna malik olacaq. Nazirlik bundan sonra bu resursların tam bağlanması üçün məhkəməyə müraciət edəcək: “Bundan başqa, 500 min lirə həcmində cərimələr də gözlənilir”.
Nazir əlavə edib ki, bütün bunlar xalqın maraqları naminə edilir.
Trend.az