Türkiyədə hollandiyalı jurnalist xanım Frederika Hendrik terrorizmi təbliğ etmək ittihamı ilə saxlanılıb. Bu barədə Trend “Hürriyyət” qəzetinə istinadən məlumat verir.
Qəzetin yazdığına görə, F.Hendrik 2006-cı ildən Türkiyədə çalışır, 2012-ci ildən isə Diyarbəkir vilayətindədir.
Jurnalistin saxlanılmasının təfərrüatları açıqlanmır.
Trend.az