Türkiyə əlavə 4 yeni nəsil F-35 qırıcıları alır. Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş Naziri Əhməd Davutoğlu bildirib.
Onun sözlərinə görə, əvvəlcədən iki ədəd qırıcı sifariş olunmuşdur, sonrada hərbi-hava quvvələrin gücləndirilməsi planına əsasən, daha 4 qırıcı alınması nəzərdə tutulub.
Davutoğlu həmçinin bildirib ki, rəsmi Ankara daha 6 ədəd CH-47F – CHINOOK tipli helikopter əldə edəcək və beləliklə, onların sayını 11-ə çatdıracaq.
Trend.az