Rusiya Suriyada hərbi fəaliyyətini dayandırmalıdır. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Rusiyanın Suriyada hərbi fəaliyyəti Türkiyəyə yeni qaçqın axınına səbəb olub.
M.Çavuşoğlu qeyd edib ki, Rusiya, əsasən, müxalifətin mövqelərini bombalayır.