Əhməd Davudoğlu fevralın 19-da Bakıya səfərə gələcək. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.
Onun sözlərinə görə, səfərdə məqsəd Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.
Toplantı Gəncədə baş tutacaq. Toplantıda qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq.