Türkiyə Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, xəbəri “Anadolu” agentliyi yayıb.
Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır.
Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.