Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) ən önəmli simalarından olan Mustafa Sarıgül öz partiyasını qurur. Bu barədə Trend Türkiyənin “Ensonhaber” qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, 2015-ci il yanvarın 10-da partiyanın adı açıqlanacaq və gələn il iyun ayında keçiriləcək parlament seçkilərində partiyadan Sarıgülün namizədliyi irəli sürüləcək.
Məlumat üçün bildirək ki, gələn il iyunun ayının 14-də Türkiyədə parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
Trend.az