Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü yanvarın 29-da Türkmənistanda baş tutacaq. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istənadən məlumat verir.
Məlumata əsasən, Türkiyə XİN rəhbəri yanvarın 28-də Türkmənistana səfər edəcək, yanvarın 29-da isə üçtərəfli görüş keçiriləcək.
Məlumatda o da qeyd olunur ki, tərəflər başda enerji məsələləri olmaqla, regional məsələləri və tərəflər arasında əlaqələrin inkişafını müzakirə edəcəklər.
Trend.az