Türkiyə öz vətəndaşlarını İraqın bir sıra şəhərlərini tərk etməyə çağırır

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqın Mosul, Kərkük, Səlahəddin, Ənbar, Bağdad və Bəsrə şəhərlərini tərk etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin “Milliyyət” qəzeti xəbər yayıb.

Buna səbəb İraqın bəzi şəhərlərinin “İraq və Şam İslam Dövləti” terrorçu qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsidir.

Bir müddət əvvəl Türkiyənin Baş naziri Bülənt Arınc ölkənin İraqdakı vətəndaşlarının həyatı üçün heç bir təhlükə olmadığını bəyan etmişdi. O, həmçinin qeyd etmişdi ki, ciddi təhlükə yaranacağı halda Türkiyə öz vətəndaşlarını İraqdan təxliyə edə bilər.

Hazırda İraq ərazisində 125 min Türkiyə vətəndaşı yaşayır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO