Azərbaycanla bağlı olan mövzular Türkiyə mediası üçün prioritetlərdən biridir. Bunu Türkiyənin TRT telekanalının baş direktoru Şenol Göka cümə axşamı Bakıda “Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, mütəmadi olaraq guya Türkiyə KİV-in Azərbaycanla bağlı hadisələri kifayət qədər fəal şəkildə işıqlandırmadığına dair fikirlər səsləndirilir: “Bu, həqiqəti əks etdirmir. Ölkələrimiz bütün sahələrdə, o cümlədən KİV sahəsində əməkdaşlıq edir”.
Ş.Göka qeyd edib ki, Azərbaycan və Türkiyə bu sahədə əlaqələri möhkəmləndirməyi davam etdirəcəklər.
Trend.az