Bu barədə məlumatı nazir Sadullah Erginnin özü verib. O, Azərbaycan ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə gəlir. Türkiyənin ədliyyə naziri deyib ki, səfər zamanı tərəflər arasında müxtəlif məsələlər müzakirə olunacaq.
Azərbaycan və Türkiyə respublikalarının ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol 12 mart 2001-ci ildə Ankara şəhərində imzalanıb.