Prezident Bəşər Əsədi dəstəkləyən ölkələr daxil olmaqla, beynəlxalq ictimaiyyət onun gec və ya tez hakimiyyətdən gedəcəyinə şübhə etmir və Suriyanın Əsəddən sonrakı taleyi mübahisə mövzusu olaraq qalır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, keçid dövrünə “əli suriyalıların qanına bulaşmamış kəslər” rəhbərlik etməlidir.
Trend.az