“Türkiyə-Ermənistan protokollarının həyata keçirilməsi üçün əsas bənd Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir ki, bu da protokollarda göstərilib”, – Ərdoğan deyib.
Onun sözlərinə görə, erməni tərəfi bu vacib şərti yerinə yetirən kimi, Türkiyə dərhal öz sərhədlərini açacaq.
“Biz ATƏT-in Minsk qrupunu öz öhdəliklərinə əməl etməyə çağırırıq. Rusiya, Fransa və ABŞ bunu edən kimi, biz Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağıq”, – Baş nazir bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib