Azərbaycan və Türkiyə hökumətləri arasında 2005-ci il iyunun 30-da imzalanan müəllif və intellektual hüquqlar sahəsində saziş, 1998-ci il iyulun 17-də Türkiyə və Azərbaycan hökumətləri arasında sosial müdafiə sahəsində imzalanan müqaviləyə əlavə saziş ratifikasiya olunub.
Türkiyə Böyük Millət Məclisi (TBMM) bu sazişləri parlamentin Baş Assambleyasının fevralın 22-də keçirilən iclasında təsdiqləyib.
Bu sazişlərin təsdiqlənməsi haqqında qanun layihələrinin yekun variantı TBMM-in Xarici əlaqələr komissiyası tərəfindən 2011-ci il yanvarın 5-də keçirilən iclasda hazırlanıb və bundan sonra baxılmaq üçün TBMM Baş Assambleyasına təqdim olunub.