Türkdilli ölkələrin tələbələri üçün yeni imkan

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov çərşənbə axşamı Trend-ə bildirib ki, bu istiqamətdə “Dədə Qorqud” təhsil proqramının layihəsi hazırlanıb və qurumun Humanitar, mədəni və sosial məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
“Əvvəl TÜRKPA üzv dövlətlərin tələbələrinin güzəştli təhsili ideya kimi idi, artıq layihə şəklində hazırlanıb. Bu sənədin 2013-cü il mayın sonlarında İstanbulda keçiriləcək TÜRKPA Asambleya Şurasında təsdiq olunması gözlənilir”, – Həsənov deyib.
“Dədə Qorqud” proqramı təsdiq olunduğu təqdirdə Azərbaycan tələbələri Türkiyə, Qazaxıstan və Qığızıstanda təhsil almaq üçün geniş imkanlar əldə edə bilərlər.
Həsənovun sözlərinə görə, TÜRKPA-ya daxil olan ölkələrin birində təhsil alan tələbənin diplomunun digərlərində tanınması, təhsilinin qalan hissəsini başqa türkdilli ölkədə davam etdirməsi və digər məsələlər proqramda öz əksini tapır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO