TRACECA ölkələrində nəqliyyat-logistik biznesin inkişafı üçün baza mövcuddur

Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramı TRACECA-nın (Avropa-Qafqaz-Asiya) iştirakçısı olan ölkələrdə böyük yükyaratma potensialı nəqliyyat-logistik biznesin dinamik inkişafı üçün real platforma yaradır. Trend-in məlumatına görə, bu barədə TRACECA-nın saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, hazırda ТRАСЕСА regionunda nəqliyyat sisteminin qurulması logistikanın inkişafı və nəqliyyat-logistik mərkəzlərin tikintisi ilə birbaşa bağlıdır. Özünün texniki parametrlərinə görə, ТRАСЕCА dəhlizi quru və dəniz marşrutlarının multimodl sistemidir: “Bununla əlaqədar regional layihələrin eyniləşdirilməsi prosesində yüklərin nəql edilməsinin nəqliyyat-logistik sxemlərinin tətbiqi ilə daşınmaların həyata keçirilməsinin müasir texnologiyalarına xüsusi diqqət ayrılır”.

TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO