Təhsil Nazirliyi: Təhsil sisteminin kompüterləşməsi hələ istənilən səviyyədə deyil

“Əfsuslar olsun ki, Azərbaycanın orta məktəblərində hələ də mövcud texniki avadanlıqdan istifadə etmədən informatika və digər dərslərin keçirilməsinin şahidi oluruq”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib.

Onun sözlərinə görə, maliyyə çatışmazlığı səbəbindən təhsil sisteminin kompüterləşməsi hələ istənilən səviyyədə olmasa da, məktəblərin əksəriyyətində kompüter sinifləri var. Həmin məktəblərdə nəinki informatika dərslərini, həmçinin digər dərsləri keçirmək mümkündür: “Ancaq pedaqoji kadrlar və bəzi məktəblərin rəhbərliyi arasında məsuliyyətini tam anlamayanlara rast gəlinir. Biz bu ətalətin aradan qaldırılması istiqamətində davamlı iş aparırıq. Əsas məqsədimiz kompüterləşməni kompüterləşmə naminə deyil, tədris üçün effektiv alət kimi təqdim etməkdir. Əgər bu ətalətin öhdəsindən gəlsək, onda informasiyalaşdırma prosesinin effektivliyini dəfələrlə yüksəltmiş olarıq. Məktəb rəhbərliyi başa düşməlidir ki, informatika dərsləri hər bir məktəbliyə XXI əsrin ən effektiv inkişaf aləti sayılan yüksək texnologiyalara açar verir. Bu fənnə yanaşma son dərəcə ciddi olmalıdır. Azərbaycan sisteminin orta təhsil sistemində elə bir şərait yaranıb ki, informatika fənninin digər dərslərə sinergetik təsiri var. Texnologiyaları yaxşı bilən tələbə digər dərslərdə bu praktik biliklərini istifadə edə bilər və daha dərin biliklər əldə edə bilər”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO