Tehranda qondarma “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməyib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi bildirib.
O bildirib ki, Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan əleyhinə şüarlar səsləndirmələri barədə xəbərlər əsassızdır.
M.Nəcəfi deyib: “Bu xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.