İtaliyada erməni tələbələr Xocalı qətliamına həsr olunmuş mahnı oxuyublar

İtaliyanın Milan konservatoriyasının professoru, Vladimir Delman adina xorun bədii rəhbəri, bəstəkar, şair Davide Gualtieri Xocalı qətliamı haqqında yazdığı şeirə və şerin Qulu Ağsəs tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş variantına musiqilər bəstələyib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Davide Gualtieri bu musiqiləri İtaliyada Azəri Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda fəaliyyət göstərən “Aida “ və “Orizon” Rəqs Akademiyasının dosenti Mais Nuriyevin Xocalı və Qarabağ haqqında danışdıqlarından təsirlənərək yazıb. Sonradan yazdığı şeirlərə musiqi də bəstələyib, M. Nuriyevin iştirakı ilə bu əsərlərə rəqs quruluşu da verilib.

“Onlar iki ildir ki, Milan konservatoriyasında həm Xocalı faciəsi ərəfəsində, həm də buraxılış konsertlərində 2000 nəfərlik zalda bu faciəyə həsr olunmuş musiqili-ədəbi gecə təşkil edirlər. İtaliyalı musiqiçinin Xocalı qətliamına bu cür yanaşması, hətta bu faciəyə həsr olunmuş əsərləri tələbələrinə diplom işi kimi verməsi nəzərə alınaraq o Dövlət Komissiyasının xətti ilə Azərbaycana dəvət edildi”.

Ötən ilin oktyabr ayında D. Gualtieri 5 gün Azərbaycanda olub, Konservatoriyada ustad dərsləri keçib, Filarmoniyada xor kapellası ilə görüşüb, Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlər keçirib, qarabağlı uşaqların ifasında Azərbaycan muğamlarını dinləyib: “O, Azərbaycana gələndə Fikrət Qocanın, Məmməd Arazın, Səməd Vurğunun şeirlərini tərcümə edib gətirmişdi. Qayıdandan sonra Azərbaycandan olan daha 16 şairinin şeirini italyan dilinə tərcümə edib”.

Ş. Sayılovun sözlərinə görə, 25-29 mart tarixlərində İtaliyada Azərbaycan poeziya və musiqisinə həsr olunmuş “Şərqlə görüş” adlı silsilə tədbirlər keçirilib: “Həmin tədbirlərə müxtəlif institutlardan müəllim və tələbələr dəvət olunmuşdu. Milan Konservatoriyasının zalında keçirilən gecədə 16 azərbaycanlı şairdən hər birinin şeiri həm Azərbaycan, həm italyan dilində tarın müşayiəti ilə səsləndi. İki saata yaxın möhtəşəm konsert oldu. Ən maraqlısı odur ki, Xocalı haqqında mahnı oxuyan xorun üzvləri arasında ermənilər də vardı”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO