İsveçdə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək

Bu barədə çərşənbə günü İAK-dan bildirilib. İAK-a üzv dərnəklərdən olan, Malmödə yerləşən “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün geniş proqram hazırlayıb.

Tədbirə İAK-ın Stokholm ofisindən başqa, Linköpinq şəhərində yerləşən “Babək” dərnəyi (İAK üzvü), Göteborq şəhərində fəaliyyət göstərən azərbaycanlılar, eləcə də Malmödəki bir neçə türk, türkmən dərnəkləri və təşkilatları da iştirak edəcəklər. Mərasimin əsas təşkilatçısı “Xəzər” dərnəyinin sədri və İAK-ın İdarə Heyətinin üzvü Leyla Kiyanidir.

Tədbirdə 1992-ci ilin fevral ayında Xocalıda ermənilər tərəfindən törədilmiş dəhşətlər haqqında danışılacaq və bununla bağlı 20 dəqiqəlik film numayiş olunacaq. Bundan əlavə, Qarabağda döyüşən insanlar çıxış edəcəklər. Tədbirdə fotosərginin keçirilməsi də planlaşdırılıb. Tədbir Azərbaycan və isveç dilində olacaq. İclasın sonunda İsveç parlamentinə və BMT-yə soyqırım haqqında qətnamə göndəriləcək.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO