Ötən iki sutka ərzində Suriyanın müxtəlif bölgələrində “Azad Suriya Ordusu” və hökumət qoşunları arasında baş vermiş toqquşmalarda ən azı 169 nəfər ölüb. Bu barədə bazar ertəsi Trend “əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir.
Ölənlərin əksəriyyəti Dəra və İdlib şəhərlərinin sakinləridir.
Trend.az