Şuranın dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılmasına həsr olunmuş layihə yekunlaşmışdır.

PRESS-RELİZ

“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondunun Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində Sumqayıt şəhərində (4 və 11 nömrəli məktəblərdə), Bakı şəhərində (46, 60 və 240 nömrəli məktəblərdə) 8-11-ci sinif şagirdləri arasında növbəti maarifləndirici tədbirlər keçirmişdir. Tədbirlərdə ümumilikdə 150-dən çox məktəbli iştirak etmişdir. Həm tədbirlərin keçirildiyi məktəblərə, həm də digər məktəblərdə layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici posterlər paylanmışdır. Tədbirin məqsədi məktəblilər arasında narkotik vasitələrin zərərləri barədə təbliğat aparmaq olmuşdur.

Bununla da layihə sona çatmış, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının, Şirvan, Sumqayıt və Bakı şəhərlərinin ümumilikdə 10 məktəbində 300-dən çox şagirdi əhatə edən seminar-məşğələlər yekunlaşmışdır.

Tədbirlərdə narkomaniya haqqında  ümumi anlayış verilmiş, narkotik vasitələrin təsnifatı, zərərli vərdişlər, narkotiklərlə mübarizə istiqamətində mövcud qanunlar barədə geniş məlumat verilmiş, rol oyunları vasitəsi ilə problemin ciddiyəti uşaqlara aşılanmışdır.

Mətbuat Xidməti

22.07.2019

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO