Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında Suriyadakı böhranın həlli məqsədilə üçtərəfli görüş keçirilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, Misir prezidenti Məhəmməd Mursinin təklif etdiyi dörtərəfli format əsasında baş tutan yığıncaqda İran iştirak etməyib. Bundan əvvəl Qahirə, Nyu-York və İslamabadda keçirilən toplantılara da Səudiyyə Ərəbistanı qatılmamışdı. İstanbulda keçirilən yığıncağa İranın qatılmamasının səbəbi açıqlanmayıb. Hər üç ölkənin xarici işlər nazirləri – Əhməd Davudoğlu, Məhəmməd Kamal Əmro və Səud əl-Faysal Suriyadakı son vəziyyəti, qlobal məsələləri müzakirə edib, “Suriyanın dostları” qrupunun növbəti toplantısının Mərakeşdə keçirilməsi ilə bağlı razılığa gəliblər.
Apa.az