İsrail bu il noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisindən əvvəl İranın nüvə obyektlərinə hücum edəcək.
APA-nın məlumatına görə, bunu İsrailin “Channel 10 News” televiziyasının hərbi müxbiri Alon Ben-David bildirib.
Onun sözlərinə görə, İsrailin İrana hücumu indiyədək heç olmadığı qədər yaxındır: “İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dakı prezident seçkisindən əvvəl hücumda qərarlıdır”.
Bundan əlavə, tanınmış ingilis tarixçi və yazar Maykl Burli də 6 noyabr seçkisindən əvvəl, böyük ehtimalla oktyabrın sonunda İrana hücum ediləcəyi qənaətində olduğunu açıqlayıb. O, İsrailin “Hizbullah”a qarşı da qabaqlayıcı hücumlar edəcəyi fikrindədir: “Ancaq bütün bunlar onsuz da həssas olan bölgəni idarə olunmaz bir savaş bölgəsi halına gətirəcək”.
Apa.az