İspaniya Azərbaycanda səfirliyini açmaq istiqamətində iş aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de-Benito Sekades çərşənbə axşamı jurnalistlərə bildirib.
Sekades bildirib ki, səfirliyin açılması iki ölkə arasında əlaqələrin inkişafı baxımından müstəsna rol oynayacaq. “Azərbaycanda səfirliyin tez bir zamanda açılmasının tərəfdarıyıq”, – o deyib.
Onun sözlərinə görə, İspaniya Afrika və bəzi Avropa ölkələrində səfirliklərini bağlayacaq, amma bu region üzrə isə Azərbaycanda səfirliyini açacaq. “Bu məsələ Bakıda keçirdiyimiz görüşlərdə müzakirə olunub”, – Sekades bildirib.
İspaniyanın xarici işlər üzrə dövlət katibi Azərbaycan tərəfini 2012-ci ilin oktyabr ayında Madriddə keçiriləcək beynəlxalq sərgidə iştiraka dəvət edib.
Trend.az