Son 10 ildə Azərbaycanda Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırma Departamenti tərəfindən vergi hüquqpozmaları ilə bağlı 3 184 cinayət faktı aşkar olunub.
Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vergi hüquqpozmalarının 89,7%-i vergidən yayınma ilə bağlı olub. Bu faktlarla bağlı ümumilikdə 2 747 cinayət işi açılıb. Bu cinayət faktları nəticəsində dövlət büdcəsindən yayındırılan vergilərin həcmi təxminən 1,1 mlrd. manat təşkil edir.