Sakit və qaydasında keçən seçki çox yaxşı təşkil olunmuşdu, Seçki Məcəlləsinə edilən əlavələr müxalif namizədlərə daha ədalətli şərait yaradırdı». Bu sözlər Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solananın Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı bəyanatındandır. «Azadlıq» radiosunun məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərinin həyata keçirilməsi üçün bir sıra zəruri addımlar atmalıdır. Bəyanata görə, bu addımlar xüsusilə siyasi plüralizmin təşviq olunması, ədalətli seçki mühitinin, daha böyük mətbuat azadlığının yaradılması, azad və sərbəst seçki debatlarının keçirilməsi və səslərin şəffaf şəkildə sayılması istiqamətində olmalıdır.
H.Solana bildirir ki, Avropa Birliyi gələcəkdə də Azərbaycanda demokratik institutları dəstəkləməyə və Yaxın Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.