Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub

Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunubNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin fevralın 4-də Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Sofiya şəhərində baş tutan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər müzakirə olunub. Mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzulara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Bolqarıstana səfəri çərçivəsində Sofiya Universitetində mühazirə ilə çıxış edib. Mühazirədə sabiq Prezident P.Stoyanov, vitse-prezident M.Popova, həmçinin Sofiya Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO