Səməd Seyidov: “AŞPA Monitorinq Komitəsinin iclasında hesabata qeyri-obyektiv müdaxilələrin qarşısı alındı

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr keçirildi və həmməruzəçilərin hazırladıqları hesabat komitə səviyyəsində qəbul edildi”. Bu açıqlamanı APA-nın Parisə ezam olunmuş Avropa bürosunun əməkdaşına Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan tərəfinin təklif etdiyi bütün prinsipial əlavə və dəyişikliklər məruzəyə daxil edilib və qəbul olunub: “Təbii ki, bu məruzə yanvar ayında müzakirə olunacaq. Bu, yalnız komitə səviyyəsində təsdiq olunmadır. Amma hər bir halda deməliyəm ki, biz Monitorinq Komitəsinin iclasında konstruktiv yanaşmanın gördük və hesabata qeyri-obyektiv müdaxilələrin qarşısının alınmasının şahidi olduq. Azərbaycanın mövqeyini xeyli insanlar müdafiə etdi və bu da onu göstərir ki, Azərbaycana qarşı hansısa böhtan, yalan atsalar da, bu yalan-böhtanlar ayaq tutsa da, yerimir. Belə cəhdlər həmişə boşa çıxıb və əminəm ki, bundan sonra da belə olacaq. Təbii ki, hansısa insan haqları və digər məsələlərlə bağlı biz gələcəkdə də öz işlərimizi quracağıq. Ancaq bu gün Monitorinq Komitəsi bir daha göstərdi ki, Elxan Süleymanovun hazırladığı xüsusi əlavə və dəyişikliklər demək olar ki, yekdilliklə qəbul olundu. Bunların içində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlavələr xüsusi əhəmiyyət kəsb edir və bu əlavələr də qəbul olundu”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO