““Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağına inanmıram”. Bunu Milli Məclis (MM) Aparatının rəhbəri Səfa Mirzəyev deyib. S. Mirzəyev layihənin dekabrın 17-də Avropa Şurası Venesiya Komissiyasında ekspertizadan keçiriləcəyini xatırladaraq qanun layihəsinin qəbulu ilə bağlı problem olmadığını bildirib.
Aparat rəhbəri layihəyə əsasən, növbəti parlament seçkilərində müəyyən faiz səs qazanmış partiyaların dövlət büdcəsindən maliyyələşməsinin nəzərdə tutulduğunu qeyd edib: “Bu prinsiplə Avropa Şurası da, biz də razıyıq. Yeganə razılaşdırılmayan məsələ odur ki, Avropa Şurası Azərbaycanda xarici vətəndaşların partiya təsis etməsini mümkün sayır, biz isə buna razı deyilik. Onlar da bunu tövsiyə edirlər”.