Silvio Berluskoni:«Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir»

İtaliyanın baş naziri prezident İlham Əliyevlə görüşü ərəfəsində verdiyi müsahibədə belə deyib
Silvio Berluskoni:«Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir»
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir. Dövlət başçısının bu gün bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında qarşılıqlı əlaqələr, enerji layihələri, regional və digər məsələlər müzakirə ediləcək, ikitərəfli sənədlərin imzalanması da istisna olunmur. Prezident İlham Əlyievlə görüş ərəfəsində isə İtaliyanın hökumət başçısı Silvio Berluskoni «Trend» agentliyinə müsahibə verib, qarşılıqlı siyasi və iqtisaid əməkdaşlıqdan danışıb. O, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları bəyənnamədən sonra Dağlıq Qarabağ məsələsinin həll ediləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Qafqaz regionunda vacib rol oynayır və səmərəli qərarlar qəbul edir. «Biz Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını, qurumun sabitləşdirmə əməliyyatlarına qoşulmasını və Gürcüstan böhranı zamanı nümayiş etdirilmiş balanslaşdırılmış siyasəti yüksək qiymətləndiririk». Baş nazir Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın perspektivləri və enerji layihələri barədə də danışıb. İtaliyanı Azərbaycanın əsas ticarət partnyoru sayan Silvio Berluskoninin sözlərinə görə, bu il iki ölkə arasında əmtəə dövriyyəsinin məbləği rekord həddə – 3 milyadr avroya çatıb: «Təsadüfü deyili ki, İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini İtaliyaya edib». Silvio Berluskoni 2006-cı ildə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri işə düşdükdən sonra, rəsmi Romanın təbii qazı alternativi olmayan marşrutla, Türkiyə və Yunanıstan ərazisilə Azərbaycandan və ümumiyyətlə, Xəzər regionundan idxal etməyə çalışdığını deyib: «İtaliyanın “Edison” şirkətinin uzun müddətdir ki, üzərində işlədiyi layihə ümumi siyasi dəstəyə malikdir və münasib vaxtda həyata keçiriləcək. Biz əminik ki, prezident Əliyev bütün maraqlı ölkələrin həll olunmamış məsələlərini yoluna qoymağa kömək edən sazişə yardımçı olacaq».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO