Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişi və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı müdafiə nazirinin bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarını imzalayacağı da gözlənilir.
Trend.az