Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Barayza bu gün keçirdiyi brifinqdə bildirib.
M. Brayza Azərbaycanda səfir kimi prioritetlərini açıqlayıb. O qeyd edib ki, ABŞ Azərbaycana təhlükəsizlik, enerji, demokratik islahatlar sahəsində kömək etməkdə davam edəcək.
Diplomat Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. O qeyd edib ki, bu münaqişəni ancaq sülh yolu ilə həll etmək mümkündür: “Ümid edirəm ki, bu konflikt həll ediləcək. Münaqişənin sülh yolu ilə həlli bütün bölgəyə sabitlik gətirəcək. Həm də bu regionun strateji əhəmiyyətini daha da artıracaq”.
M. Brayza Azərbaycanın Əfqanıstanda NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakının da ABŞ tərəfindən dəstəkləndiyini deyib.