Protokolu İSESKO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveyci və TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalayıblar. İSESKO TÜRKSOY-la əlaqələrin inkişafında maraqlıdır. Bu barədə imzalanma mərasimində Əbdüləziz bin Osman əl-Tüveyci bildirib.
“İmzalanmış protokol TÜRKSOY-a üzv ölkələrdə reallaşdırılan İSESKO layihələrinin daha effektiv həyata keçirilməsinə yardım edəcək”, – əl-Tüveyci bildirib.
Onun sözlərinə görə, TÜRKSOY-la əməkdaşlıq dünyada islam dəyərlərinin daha düzgün təbliğinə kömək edəcək.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalanma mərasimində bildirib ki, iki təşkilat birgə səylərlə iştirakçı ölkələrin mədəniyyətlərinin inteqrasiyasını həyata keçirə bilər. Kaseinov İSESKO-nun baş katibini TÜRKSOY-un Ankaradakı mənzil-qərargahına dəvət edib