Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin hesab edir ki, Krımın RF ilə birləşməsi “baş vermiş faktdır”. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
O deyib ki, Krımın Rusiyaya birləşdirilməsi artıq baş vermiş tarixi hadisədir: “Krım hər zaman RF-nin ayrılmaz bir hissəsi olacaq”.
Qeyd edək ki, daha əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Krımın RF-yə birləşdirilməsi barədə referendumun nəticələrini inkar etməyi ekstremizm kimi qəbul etmək və buna görə cinayət məhsuliyyətinə cəlb etmək təklifini irəli sürüb.